Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz''

''Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz''

Tarix: 5 Iyun 2020 15:36

"Birdəfəlik başa düşmək lazımdır ki, koronavirusla əlaqədar qaydalara əməl edilməsi üçün hökumət hər binanın giriş qapısına, avtobusa, metro vaqonuna, çayxanaya polis işçisi qoya bilməz".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, koronavirus bütün dünyada yayıldığndan onun zərəri Azərbaycandan da yan keçmirr:

"Vətəndaşın sağlamlığını əsas götürən Prezident İlham Əliyevin çevik və düzgün siyasəti nəticəsində bu bəladan indiyədək az itki ilə çıxan ölkələrdən biri Azərbaycandır. Dövlətimiz vətəndaşın sağlamlığının qorunması, sosial təminatı və s. ilə bağlı özündən asılı olan hər şeyi edib, edir və yük onun çiyinlərindədir. Ancaq çox şey vətəndaşların özündən asılıdır. Təəssüf ki, onu da açıq şəkildə söyləmək lazımdır ki, biz özünütəşkil səviyyəsi yüksək olan cəmiyyət deyilik, bir çoxları "əşşi, mənə nə" deyəcək qədər laqeyddir və hər şeyi dövlətdən gözləyir, eyni zamanda hakimiyyətin də tövsiyələrinə riayət etmir. Sonra da deyirlər ki, toyumuz qalıb, yas məclislərinə normal gedə bilmirik. Gəlin, özümüzə sual verək: bunun səbəbi nədir? Günahı kimdədir? Səbəbini və günahkarı bilməkdən ötrü ilk növbədə özümüzə, küçələrə, avtobuslara, metroya, çayxana və restoranlara baxmaq gərəkdir. Görünən odur ki, insanların bir qısmi tibbi maska taxmır, sosial məsafəni gözləmir, çay masası arxasında bir-birinə az qala yapışmış halda otururlar. Bu qədər məsuliyyətsizlik olarmı? Nə üçün belə edirlər? Soruşanda deyirlər ki, virus mənə bir şey eləməz".

İnsanları məsuliyyətli olmağa çağıran M.Qasımlı qeyd edib ki, heç kəs özünün, ailəsinin, qohumlarının, qonşularının və cəmiyyətin sağlamlığını təhlükə altına atmasın:

"Çalışın evdə qalın, evdən çıxmaq zərurəti yarandıqda tibbi maska taxın, sosial məsafəni gözləyin, gigiyena qaydalarına ciddi riayət edin. İmkan verin ki, cəmiyyət normal hala dönsün".


Etiketlər:  Hökumət hər binanın qapısına avtobusa metro vaqonuna polis qoya bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ