Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 23:26
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası ilə əlaqədar hər kəsə maskadan istifadə etməyi tövsiyə edir.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, ictimai nəqliyyatda, mağazalarda və insanların çox olduğu məkanlarda maskalardan istifadə etmək vacibdir.
Qeyd edək ki, bir çox ölkədə ictimai yerlərdə maska taxmaq məcburidir.