Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələcəkdə müharibələr necə aparılacaq?

Gələcəkdə müharibələr necə aparılacaq?

Tarix: 6 Iyun 2020 22:16

Amerikanın National Interest nəşri gələcəkdə müharibənin hansı formada aparılması barəsində məqalə hazırlayıb. Yazıda ən çox diqqət çəkən məqam müharibələrin "hiper şəbəkə" formasında aparılmasına dair fikirlər olub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, material rəngli bir izahla başlayır.

Jurnalistlər məqalədə belə bir mənzərəni təsvir edirlər: Hava dronu gizlənmiş düşmən hədəfini tapır, məlumatları kiçik kəşf qrupuna və robot silahlarına ötürür. Bu robotlar daha sonra düşmən ərazisi ilə manevr edərək əks hücum üçün mövqe tuturlar. Əsgərlər isə şəbəkəli robotlardan naviqasiya və nişan məlumatlarını alır, məlumatları pilotsuz, eləcə də idarə olunan nəqliyyat vasitələrinə, hava platformalarına göndərirlər. Təsvir daha çox film səhnələrini xatırlatsa da, ssenari uydurma deyil. Çünki torpaq və hava texnologiyasını əlaqələndirən alqoritmlər Carnegie Mellon Universitetinin mütəxəssisləri tərəfindən işlənilir. Bu konsepsiya ordu ilə tədqiqat təşkilatları arasında sıx əməkdaşlığı əhatə edir.


Etiketlər:  Gələcəkdə müharibələr necə aparılacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ