Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda 23 yaşlı oğlan qətlə yetirildi

Sumqayıtda 23 yaşlı oğlan qətlə yetirildi

Tarix: 12 Iyun 2019 09:52

Bakı. Samir Əli - Trend:

Sumqayıtda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Cəfərov Faiq Füzuli oğlu Sumqayıt şəhəri ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Bakı şəhəri, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. F.Cəfərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.


Etiketlər:  Sumqayıtda 23 yaşlı oğlan qətlə yetirildi


RƏYLƏR