Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhərlər

Əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhərlər

Tarix: 9 Iyun 2020 14:08

Bakı. Trend:

Honq Konq əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhər hesab olunub.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın “Mercer” konsaltinq şirkətinin reytinqində deyilir.

Honq Konq keçən il də bu reytinqə rəhbərlik edib.

Əcnəbilər üçün ikinci ən bahalı şəhər adını Aşqabad qazanıb. Bu şəhər ötənilki mövqeyindən 5 pillə yüksəlib. Üçüncü yerdə bir pillə geriləmiş Tokio qərarlaşıb. İlk beşliyi Sürix və Sinqapur tamamlayıb.

Bundan başqa, əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhərlərin ilk onluğunda Nyu-York, Şanxay, Bern, Cenevrə və Pekin yer alıb.


Etiketlər:  Əcnəbi vətəndaşların yaşaması işləməsi üçün bahalı şəhərlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ