Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN vətəndaşla mübahisə edən polisin işdən çıxarılmasına münasibət bildirdi

DİN vətəndaşla mübahisə edən polisin işdən çıxarılmasına münasibət bildirdi

Tarix: 9 Iyun 2020 15:20

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) Yasamalda polisin vətəndaşa qarşı nalayiq ifadələr işlətməsi məsələsinə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.
Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.


Etiketlər:  DİN vətəndaşla mübahisə edən polisin işdən çıxarılmasına münasibət bildirdi


RƏYLƏR