Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsman Daxili İşlər Nazirinə müraciət edib

Ombudsman Daxili İşlər Nazirinə müraciət edib

Tarix: 9 Iyun 2020 18:00

08.06.2020-ci il tarixdə internet səhifələrində və sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu ərazisində sərtləşdirilmiş karantin rejimi dövründə qaydaları pozan vətəndaşların polis tərəfindən saxlanması anı ilə bağlı video və fotoşəkillər yayılıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməli və qanun pozuntusuna isə yalnız hüquqi qiymət verilməlidir.

Bu baxımdan internet resurslarında və sosial şəbəkələrdə yayılmış məlumatlar Ombudsman tərəfindən nəzarətə götürülüb. Saxlanılan şəxslər fərdi qaydada yerində qəbul olunub, müraciətləri araşdırılır. Eləcə də saxlanılan şəxslərin ailə üzvlərindən daxil olmuş hər bir müraciətə dərhal reaksiya verilməklə tərəfimizdən araşdırılır və hər bir qanunazidd əmələ hüquqi qiymət veriləcək.

Ombudsman tərəfindən ilkin müraciətlər üzrə Azərbaycan Respublikasının Daxili İşlər nazirinə də müraciət olunub.

Saxlanılan şəxslərin ailə üzvləri və əlavə müraciətlər olduğu təqdirdə vətəndaşlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qaynar Xətt üçün ayrılmış 050-370-98-96 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Etiketlər:  Ombudsman Daxili İşlər Nazirinə müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ