Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 07:36
Bakı. Trend:
Tunisdə koronavirusla əlaqədar dayandırılan daxili uçuşlar iyunun 12-dən bərpa ediləcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nəqliyyat və Logistika Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, hava əlaqəsinin bərpa edilməsi mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə Tunis - Cerba (gündə iki dəfə) və Tunis - Tauzar (həftədə bir dəfə) reysləri həyata keçiriləcək.
Bildirilir ki, sərnişinlərin sanitar təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb.
Qeyd edək ki, Tunisdə yeni növ koronavirusa 1 087 yoluxma halı aşkarlanıb. Onlardan 982 nəfər sağalıb, 49 nəfəri isə vəfat edib.