Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 08:58
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina iyunun 20-də bərpa olunacaq futbol çempionatının necə keçiriləcəyi barədə danışıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, o bildirib ki, futbolçular arasında koronavirusa yoluxma qeydə alınsa, matçlar yenidən dayandırılacaq və çempionat ləğv ediləcək.
Bu halda ölkə çempionunu, avrokuboklara gedəcək komandaları, eləcə də liqadan düşəcək komandaları təyin etmək üçün pley-off təşkil olunacaq.
İtaliya mətbuatı yazır ki, bir sıra klublar bu təkliflə razı deyil.
Qeyd edək ki, İtaliya A seriyası iyunun 20-də Torino-Parma matçı ilə bərpa olunacaq.