Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Belə insanlara qarşı ən sərt cəzanın tətbiq olunmasının tərəfdarıyam'' - Xalq artisti

''Belə insanlara qarşı ən sərt cəzanın tətbiq olunmasının tərəfdarıyam'' - Xalq artisti

Tarix: 10 Iyun 2020 16:10

"İş orasındadır ki, bu artıq milli məsələdir, bu artıq millətin sağlamlığının məsələsidir". 

Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi üç modul tipli xəstəxananın açılışında Prezident İlham Əliyevin "Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir" nitqini şərh edərkən deyib.

O, karantin qaydalarına əməl etməyən şəxsləri cəmiyyət üçün təhlükə adlandırıb:

"Dövlət, dövlət başçısı bu yöndə müəyyən işlər görür, düzgün istiqamətə yönəldir, dəfələrlə qaydalar söylənilir. Gün ərzində cənab Prezident neçə dəfə efir vasitəsi ilə əhaliyə müraciət etməlidir ki, maska taxmaq lazımdır, buna riayət etmək lazımdır. Mən sizə deyim ki, əksəriyyət riayət edir. Amma elələri var ki, öz məsuliyyətsizliyi ilə, tətbiq edilən qaydalara itaətsizliyi ilə nəinki özlərini, öz əzizlərini, yaxınlarını, ailələrini pis vəziyyətə qoyurlar. Eləcə də cəmiyyətə bir təhlükə yaradırlar. Mən belə insanlara qarşı ən sərt cəzanın tətbiq olunmasının tərəfdarıyam".

Xalq artisti koronavirus infeksiyasından birlik göstərib, tətbiq edilən qaydalara əməl etməklə qurtulmağın mümkün olduğunu qeyd edib:

"Biz cəmiyyətimizi, xalqımızı xilas etməliyik. Bu bizim əlimizdədir. Koronavirusu Azərbaycandan nə Operativ Qərargah, nə hökümət üzvləri çıxarmayacaqlar, onu biz çıxaracağıq. Biz gərək məsuliyyətli olaq. Sadəcə, bu işdə hamımız bir olmalıyıq. Bilin, burada baş verən bütün hadisələri bizim o mənfur düşmənlərimiz hamısı izləyir. Düşünün ki, bizdə xəstəliyin bu gün belə artmağına onlar necə sevinir. Biz onlara şərait yaradırıq. Ay məsuliyyətsiz insanlar, hansılar ki, bu işdə siz xalqı, qanunlara tabe olan, onlara riayət edən insanları dəstəkləmirsiniz. Onları çox təhlükəli bir vəziyyətlə qarşı-qarşıya qoyursunuz. Həkimlər, polislər öz həyatlarını riskə atır. Onlar koronavirisla mübarizə tədbirləri zamanı bizim, ailələrimizin, övladlarımızın sağlamlığı üçün həyatlarını riskə atırlar. Amma o məsuliyyətsiz insanlar... Mən istəyirəm ki, onlar məni eşitsinlər: Siz, özünüzü düşünmürsünüzsə, heç olmasa öz torpağınızı, öz xalqınızı düşünün. Bütün bu qaydalara əməl etmək lazımdır ki, koronavirus bəlasından qurtulaq".

Təhməz Təkin


Etiketlər:  Belə insanlara qarşı sərt cəzanın tətbiq olunmasının tərəfdarıyam Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ