Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 19:16
Mərkəzi Gömrük Hospitalı fəaliyyətini dayandırır.
Sonxeber.net xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, sabahdan etibarən Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu dayandırır və karantin rejiminə keçir.
Müvəqqəti olaraq xəstə qəbulu dayandırılan xəstəxananın hansı müddətə qədər karantin rejimində çalışacağı bəlli deyil.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva redaksiyamıza açıqlamasında Mərkəzi Gömrük Hospitalının sabahdan xəstə qəbulunu dayandıracağı barədə məlumatı təsdiq edib:
"Bəli, sabahdan Mərkəzi Gömrük Hospitalında xəstə qəbulu dayandırılır. Hospital pandemiya xəstəxanası kimi fəaliyyət göstərəcək".