Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlıların da əziyyət çəkdiyi - REVMATOİD ARTRİT BƏLASI

Azərbaycanlıların da əziyyət çəkdiyi - REVMATOİD ARTRİT BƏLASI

Tarix: 11 Iyun 2020 00:00

Revmatoid artrit - Orqanizmin öz hüceyrələrinə düşmən kəsildiyi qeyri-adi, mürəkkəb bir xəstəlikdir.

Son zamanlar çox yaşlı insanları, qadınları, eləcə də artıq orta yaşlı insanları da qəfil yaxalayan autoimmun xəstəliklərindən biri də revmatoid artritdir. Nəzərə alın ki, hazırki qidalanma, stress, yaşam tərzi ilə 30 -40 yaş arası revmatoid artritin əsası qoyula bilər.

Sonxeber.net medicina.az-a istinadən müalicəsi çətin olan bu xəstəliyin səbəb və əlamətlərini təqdim edir.

Kimlər risk altındadır?

-Qadınılar

-60-65 yaşlı insanlar

-Genetik meyilli xəstələr

-Oynaq aparatının müxtəlif iltihabi xəstəliyi olanlar

-Siqaret çəkənlər

Əlamətləri:

-Səhərlər oynaqlarda ağrı, simmetrik ağrı

-Oynaqların ətrafında şiş

-Oynaqların deformasiyası

-Əzələ zəifliyi, ağrıları

-Ümumi halsızlıq, gücün olmaması

-Revmatiod artrit biləklərdən, əllərdən, dabandan başlayır.

Diaqnozu təyin etmək üçün xüsusu revmatiod faktora aid qan analizi, C reaktiv zülal, rentgen, MRT təyin olunur.

Əgər yuxarıdakı əlamətlərdən biri varsa, vaxt itirmədən revmatoloq terapevtə müraciət etməlisiz.

Çünki revmatiod artrit əllər, dizlər, ayaqlardakı oynaqlardan başlayıb sonra digər damar və orqanları- ürək, göz, sinir sistemini zədələyir.

Müalicəsi

Qeyri-steriod iltihab əleyhinə dərmanlar, ağrıkəsicilər, qlükokordikoidlər təyin olunur. Xəstə daimi kontrolda olmalıdır. Xəstənin ürəyi, böyrəkləri nəzarətdə saxlanmalıdır. Oftalmoloq gözlərə baxmalıdır. Yaşlı insandırsa densitometriya ilə sümüklərin sıxlığı yoxlanılır.

Güclü ağrılar zamanı blokadalar yaxşı effekt verir. Bu prosedur xüsusi mütəxəssis tərəfindən USM altında, iltihab nöqtəsinə xüsusi preparatın yeridilməsidir.

Həyat tərzi:

-Qidalanma dəyişməli, qidada kalsium, xrom, folat, D vitamini vacibdir.

-Yüngül, müxtəlif hərəkətlər, gimnastika, məşqlər. Oynaq hərəkətsiz qalmamalıdır.

-Xüsusi fiksatorlar taxmalı.

-Fizioterapiya olunmalı

-Siqaretdən tam imtina olunmalıdır


Etiketlər:  Azərbaycanlıların əziyyət çəkdiyi REVMATOİD ARTRİT BƏLASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ