Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 04:08
Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-dan Vaşinqtonun buna "haqqı olmadığı üçün" ölkənin Cənubi Koreya ilə münasibətlərinə qarışmamağa çağırır.
Trend-in məlumatına görə, bu barədə respublikanın mərkəzi teleqraf agentliyi xəbər yayıb.
"KXDR və Cənubi Koreya arasındakı münasibətlər daxili bir məsələdir və yalnız xalqımıza aiddir, heç kimin onlara qarışmaq hüququ yoxdur" - məlumatda deyilir.
Agentliyin bildirdiyinə görə, Pxenyan ABŞ dövlət departamentinin KXDR-in Cənubi Koreya ilə əməkdaşlığını bərpa etməsinə dair bəyanatını pisləyib.