Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Qurtuluş Gününə həsr edilmiş videokonfranslar keçirilib (FOTO)

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Qurtuluş Gününə həsr edilmiş videokonfranslar keçirilib (FOTO)

Tarix: 11 Iyun 2020 18:51

Bakı. Trend:

Bu günlərdə Ombudsmanın Gəncə Regional Mərkəzi və Yevlax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda videokonfrans keçirilib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, videokonfransda Yevlax rayon İcra Hakimiyyətinin, Yevlax rayon Gənclər və idman idarəsinin, Yevlax rayon Heydər Əliyev Mərkəzinin, Yevlax rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Yevlax rayon Uşaq Gənclər və İnkişaf Mərkəzinin əməkdaşları, həmçinin Kür qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı iştirak ediblər.

Tədbir iştirakçılarına Ombudsman Səbinə Əliyevanın salamlarını çatdıran Səbuhi Abbasov qeyd edib ki, 1993-cü ildə hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəsilə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Gənclərlə iş sahəsində dövlət siyasətinin xüsusi əhəmiyyətini nəzərə alaraq Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladığı qeyd edilib. O əlavə edib ki, yeni yaradılmış Nazirliyin qarşısına qoyulan əsas məsələlərdən biri böyüməkdə olan nəslin Vətənə, xalqa məhəbbət ruhunda tərbiyə olunması, gənclərin sosial-iqtisadi problemlərinin həlli, mənəvi ehtiyaclarının ödənilməsi, gənc nəslin hərtərəfli inkişafı üçün şəraitin yaradılması olub. Bu işi təmin etmək məqsədilə ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə 1996-cı ilin 2 fevralında Müstəqil Azərbaycan Gənclərinin I Forumu keçirilib. S.Abbasov çıxışında Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin müntəzəm icrası nəticəsində gənclərin hüquqi məlumatlılığının daha da artdığını bildirib.

Kür qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri, xüsusilə də mətbuat orqanlarına hər zaman böyük diqqət və qayğısı barədə məlumat verərək, Heydər Əliyevlə görüşü ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.
Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova Ümumilli lider Heydər Əliyevin Yevlax rayonuna səfərləri, vaxtı ilə rayonun inkişafı, yeni xidmət müəssisələrinin yaradılması sahəsində Heydər Əliyevin təşəbbüsü ilə görülmüş işləri diqqətə çatdıraraq , Yexlax rayon ictimaiyyətinin ulu öndərin əziz xatirəsini daim yüksək hörmət və ehtiramla yad etdiyini bildirib.

Yevlax rayon Gənclər və idman idarəsinin rəisi Binyamin Musayev Ümumilli lider Heydər Əliyevin uzaqgörən və uğurlu gənclər siyasəti sayəsində Azərbaycan gənclərinin ölkə həyatının bütün sahələrində aktiv şəkildə iştirak etməyə başladığını bildirərək, bu diqqət və qayğı nəticəsində idmançıların beynəlxalq yarışlarda, olimpiya oyunlarında əldə etdikləri nailiyyətləri, həmçinin hazırda uğurla davam etdirilən dövlət gənclər siyasəti nəticəsində qazanılmış uğurları diqqətə çatdırıb.

Yevlax rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova 1993-cü ildə baş verən mürəkkəb tarixi siyasi hadisələri xronoloji ardıcıllıqla qeyd edərək, Ümumilli lider Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atdığı cəsarətli addımlardan danışıb.

Eyni zamanda, Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən aylıq çərçivəsində Milli Qurtuluş Günü münasibətilə, həmçinin Daşkəsən, Gədəbəy və Qazax rayon Gənclər və İdman idarələrinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videokonfrans keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri ilə yanaşı, Daşkəsən rayon Gənclər və İdman idarələrinin rəisi Samir Həsənov, Qazax rayon Gənclər və İdman idarələrinin rəisi Vüqar Nəbiyev və Gədəbəy rayon Gənclər və İdman idarəsinin əməkdaşı Royal İsmayılov da çıxış ediblər.

Videokonfranslar mövzu ilə bağlı müzakirələrlə yekunlaşıb.

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Qurtuluş Gününə həsr edilmiş videokonfranslar keçirilib (FOTO) - Gallery Image Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Qurtuluş Gününə həsr edilmiş videokonfranslar keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Qurtuluş Gününə həsr edilmiş videokonfranslar keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ