Tarix:  11 Iyun 2020 18:56            
            
        İngiltərə Premyer Liqasının lideri “Luiverpul” pandemiya dövründə ilk yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, mersisaydlılar bu gün öz meydanlarında “Bləkbörn”ü qəbul edib. Yurgen Kloppun komandası rəqibini darmadağın edib – 6:0. 
“Liverpul”un heyətində Sadio Mane, Takumi Minamino, Nabi Keyta, Leyton Klarkson, Joel Matip və Ki-Yana Xuver rəqib qapısına yol tapıb.
Qeyd edək ki, koronavirusa görə martdan dayandırlan Premyer Liqanın iyunun 17-də bərpa ediləcəyi açıqlanıb.