Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müğənni Abbas Bağırova 10 min manat "atan" şəxsə 5,6 il cəza verildi

Müğənni Abbas Bağırova 10 min manat

Tarix: 12 Iyun 2019 17:26

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə, O.Mehrəliyev 5 il 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

İttiham aktına əsasən, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.

Həmçinin o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mehrəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

Maman Nadirovadan isə 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

Xatırladaq ki, O.Mehrəliyev müğənni İradə Mehrinin qardaşıdır.


Etiketlər:  Müğənni Abbas Bağırova 10 min manat atan şəxsə 56 il cəza verildi



RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ