Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda stomatoloqu qətlə yetirib, meyitini su quyusuna atan şəxslərin məhkəməsi başlayır

Bakıda stomatoloqu qətlə yetirib, meyitini su quyusuna atan şəxslərin məhkəməsi başlayır

Tarix: 12 Iyun 2020 10:30

Bakıda stomatoloqu qətlə yetirməkdə təqsirləndirilən Rəşad Fətullayev və Səbuhi Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Elvin Həbibzadə  ötən il oktyabrın 13-dən 14-nə keçən gecə Qaradağ rayonunun Sahil qəsəbəsinin ərazisində öz maşınında qətlə yetirilib. 

Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Səbuhi Ələkbərov və bacanağı Rəşad Fətullayev saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxslər qətli Sahil qəsəbəsinin ərazisində törədiləndən sonra meyiti gizlətmək üçün hərəkətə keçiblər. Elvin Həbibzadənin meyitini ona məxsus maşında Bakının Türkan qəsəbəsində bağlar massivində yerləşən Səbuhi Ələkbərovun babasına məxsus baxımsız bağa gətiriblər. Gecə yarısı meyiti 30 metr dərinliyi olan susuz quyuya atıb, izi itirmək üçün üzərinə qayma daşlar tullayıblar.


Etiketlər:  Bakıda stomatoloqu qətlə yetirib meyitini quyusuna atan şəxslərin məhkəməsi başlayır


RƏYLƏR