Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Adobe” smartfonun kamerası üçün çoxlu filtrə malik “Photoshop” proqramını təqdim edib

“Adobe” smartfonun kamerası üçün çoxlu filtrə malik “Photoshop” proqramını təqdim edib

Tarix: 12 Iyun 2020 14:15

"Adobe" şirkəti tərəfindən smartfonun kamerası üçün təqdim edilmiş çoxlu filtrə malik "Photoshop" proqramı şəkli komiksə çevirə və ya onu kosmik üslubda dizayn edə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Photoshop Camera" adlandırılmış yeni mobil proqram "iOS" və "Android" mobil əməliyyat sistemləri üçün ödənişsiz əlçatandır. Lakin mobil proqram hələ ki "Android" sistemi üçün yalnız "Pixel", "Galaxy" və "OnePlus" modellərini dəstəkləyir.

 

"Photoshop Camera" proqramında şəkli cüzi redaktə etmək mümkündür, lakin filtrlərə böyük önəm verilib. 80-dən çox tənzimlənə bilən filtr əlçatandır.

 

Emil Hüseynov




Etiketlər:  Adobe smartfonun kamerası üçün çoxlu filtrə malik Photoshop proqramını təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ