Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 18:24
Xəstəliyin təsdiqi üçün aparılan test orta hesabla 1 günə açıqlanır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxma diaqnozu PSR üsulu ilə aparılır: "Testlərin nəticələri 6 saat ərzində açıqlanır, amma test nəticəsinin sistemə yüksəlməsi bir qədər vaxt aparır və buna görə nəticənin açıqlanması gecikə bilər. Digər tərəfdən, xəstəliyin sayı artıqca müraciətlərin də sayı artır".
V.Əliyev əlavə edib ki, yoluxma sayında artım olarsa, karantin rejimin müddəti artırla bilər.