Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“OPPO A91” smartfonu təqdim edilib

“OPPO A91” smartfonu təqdim edilib

Tarix: 13 Iyun 2020 08:08

"OPPO" şirkəti ilk növbədə işgüzar insanlar üçün nəzərdə tutulmuş qabaqcıl smartfon təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, orta qiymət sinfinə məxsus smartfon "AMOLED" matrisli və "Full HD " təsvir ölçülü 6,4 düymlük ekranla təchiz edilib. Displey "Gorilla Glass 5" şüşəsi ilə qorunur. Barmaq izləri skaneri ekranın alt hissəsində yerləşdirilib və təxminən 0,3 saniyə ərzində reaksiya göstərir.

Arxa paneldə 4 kameradan ibarət sensor yerləşdirilib. Əsas modul 48 mp-lik təsvir ölçüsünə (f/1.7) malikdir və dörd pikseli birində birləşdirmək dəstəyi əldə edib. Həmçinin smartfonda 8 mp-lik (f/2.2) genişbucaqlı sensor var, sonuncu 3 sm məsafədən makro rejimdə foto çəkiliş etməyə imkan verir. Təsvir ölçüləri 2 mp olan digər iki sensor portret çəkilişində istifadə edilir. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.

Smartfon 2,1 QHs takt tezlikli 8 nüvəli "MediaTek Helio P70" prosessoru ilə təchiz edilib, əməli yaddaşın tutumu 8 QB, daxili yaddaşın tutumu isə 128 QB təşkil edir. "A91" aparatı, həmçinin sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4025 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Adapter 72 dəqiqə ərzində enerjini tamamilə bərpa etmək imkanına malikdir.

Telefonda qulaqlıqlar üçün standart konnektor saxlanılıb, həmçinin istehsalçılar təmassız ödənişlər üçün "NFC" çipi quraşdırılıb.


Etiketlər:  OPPO smartfonu təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ