Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 14:28
Bu yay "Keşlə"ni tərk edən ilk futbolçunun adı məlum olub.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov paytaxt təmsilçisi ilə yollarını ayırıb.
29 yaşlı forvard bu barədə şəxsi "Facebook" səhifəsində paylaşım edib. Artıq "Keşlə"nin futbolçusu olmadığını yazan Qurbanov komandaya təşəkkürünü bildirib və uğurlar arzulayıb.
Qeyd edək ki, Ruslan Qurbanov cari mövsümün əvvəlində "Keşlə"yə keçmişdi.