Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messini dünya çempionu kimi görmək üçün "Qızıl buts"umu verərdim"

Tarix: 13 Iyun 2020 14:44

"Barselona"nın sabiq futbolçusu Xristo Stoiçkov Kataloniya klubunun hazırkı kapitanı Lionel Messi barədə danışıb.

Иolqarıstanlı veteran hücumçu "Marca"ya açıqlamasında argentinalı forvardın canlı əfsanə olduğunu söyləyib.

Stoiçkov 1990-1995 və 1996-1997-ci illərdə "Barselona"da çıxış edib. O bildirib ki, 33 yaşlı futbolçunun dünya çempionluğunu qazanması üçün 1994-cü ildəki mundialda layiq görüldüyü "Qızıl buts" mükafatından keçməyə hazırdır:

"Leonun "Barselona"da etdiklərini heç kim təkrarlaya bilməz. Onun kimi başqa bir oyunçunun olduğunu düşünmürəm. Messini ilk dəfə 12-13 yaşı olanda görmüşəm. Həmin vaxtdan bu yana hər kəsi təəccübləndirir. Bu, təkcə onun oyun keyfiyyəti ilə deyil, həm də insanlığı ilə bağlıdır. Həmişə ən çox ehtiyacı olanlara kömək edir".

 


Etiketlər:  Messini dünya çempionu kimi görmək üçün Qızıl butsumu verərdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ