Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Auqsburq'' ''Maynz''a qalib gəlib

''Auqsburq'' ''Maynz''a qalib gəlib

Tarix: 14 Iyun 2020 21:10

Futbol üzrə Almaniya çempionatının 31-ci turunda "Auqsburq" komandası "Maynz"ı 1:0 hesabı ilə məğlub edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, yeganə qolu 43-cü saniyədə hücumçu Florian Niderlexner vurub.

"Auqsburq" bu mövsümdə artıq üçüncü dəfədir ki birinci dəqiqədə qol vurur, və bununla da "Duysburq" (1974/75) və "Saarbrükken" (1985/86) klublarının rekordlarını təkrarlayır. F.Niderlexner klubda debüt mövsümünü keçirir. Futbolçu 31 çempionat matçında 12 qol vurub və 8 qolla nəticələnən ötürmə edib.

Son qələbə sayəsində "Auqsburq" 35 xalla cədvəlin 13-cü pilləsinə qalxıb. 31 xal toplayan "Mainz" isə 15-ci yerdədir.


Etiketlər:  Auqsburq Maynza qalib gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ