Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin daha bir şəhərində hərbi vəziyyət elan edilib

Çinin daha bir şəhərində hərbi vəziyyət elan edilib

Tarix: 15 Iyun 2020 10:16

Bakı. Trend:

Çinin Hubey əyalətinin Baodin şəhərində hərbi vəziyyət elan edilib.

Trend-in məlumatına görə, buna bir neçə gün əvvəl paytaxt Pekində bazarların birində yeni koronavirus ocağının aşkar edilməsi səbəb olub.

Baodin şəhəri Pekinin qonşuluğunda yerləşdiyi üçün iki şəhər arasında sərnişin və yük daşımaları sıx həyata keçirilir. Baodində 11 milyon əhali yaşayır.

Qeyd edək ki, ötən həftəsonu Pekinin bazarlarından birində 50-yə yaxın şəxsdə koronavirus aşkar edilmişdi. Bununla əlaqədar, ətraf rayonlarda hərbi rejim elan edilmişdi.


Etiketlər:  Çinin daha şəhərində hərbi vəziyyət elan edilib


RƏYLƏR