Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 10:22
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.
Bu şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda, yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkətinə icazə verilir.
Paytaxt Bakının daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda sükuta qərq olub. Sonxeber.net AZƏRTAC-a istinadən sərt karantin rejiminin tətbiq olunduğu Bakı şəhərinin görüntülərini təqdim edir.