Tarix: 15 Iyun 2020 11:40
Almaniyanın “Kayzerslautern” klubu tezliklə özünü müflis elan edəcək.
Qol.az “Kicker” nəşrinə istinadən xəbər verir ki, 3-cü Bundesliqa təmsilçisinin 24 milyon avro borcu var. Bundan başqa, dördqat Almaniya çempionuna gələn mövsümün lisenziyası üçün 15 milyon avro lazımdır.
Klubun yaxın müddətdə müflisləşmə ilə bağlı ərizəsini verəcəyi bildirilib. Klub rəhbərliyinin xeyli vaxtdır sponsor axtarmasına baxmayaraq, müsbət nəticə əldə olunmayıb.
Qeyd edək ki, “Kayzerslautern” 4 dəfə Almaniya çempionluğu ilə yanaşı, 2 dəfə də ölkə kubokunu qazanıb.