Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çayda batan gəncin meyiti tapılıb

Çayda batan gəncin meyiti tapılıb

Tarix: 15 Iyun 2020 21:30

21:30

Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Əliyev Elgün Asif oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

--------

20:35

Lənkərançay çayında 1 nəfər boğulub.

Bu barədə Sonxeber.net-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilir ki, FHN-in "112" qaynar telefon xəttinə, Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Etiketlər:  Çayda batan gəncin meyiti tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ