Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 23:00
15 iyun 2020-ci il tarixində TÜRKPA-nın "COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması" mövzusunda onlayn videokonfrans formatında iclası təşkil edilib.
Sonxeber.net bildirir ki, qurumdan Trend-ə verilən məlumata görə, videokonfransda çıxış edən TÜRKPA Baş katibi Altınbek Mamayusupov 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik etmiş və bu tarixi günün Azərbaycan üçün əhəmiyyətindən bəhs edib.
Eyni zamanda, iclas zamanı Baş katib Prezident cənab İlham Əliyevin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə imzaladığı Sərəncama əsasən yaradılan Komissiya haqqında qeyd etmişdir. Beləliklə, Baş katib su ehtiyatlarının düzgün qiymətləndirilməsi, su ehtiyatlarının və balansın elektron idarə edilməsi və elektron nəzarət sisteminin yaradılmasının qarşıdan gələn illərdə Azərbaycan üçün ən vacib məsələlər sırasında olduğunu vurğulayıb.
Videokonfransda üzv parlamentlərdən və Özbəkistandan olan millət vəkilləri, üzv ölkələrin Azərbaycandakı səfir və səfirliklərinin nümayəndələri, üzv ölkələrinin müvafiq nazirlik və qurumlarından, həmçinin BMT İnkişaf Proqramı (UNDP) və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə nümayəndəliyinin ekspertləri də iştirak edib.