Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xiaomi” son nəsil “Intel Core i7” prosessoru ilə təchiz edilmiş yeni “Mi Notebook Pro 15” noutbukunu təqdim edib

“Xiaomi” son nəsil “Intel Core i7” prosessoru ilə təchiz edilmiş yeni “Mi Notebook Pro 15” noutbukunu təqdim edib

Tarix: 16 Iyun 2020 10:03

"Xiaomi" şirkəti son nəsil "Intel Core i7" prosessoru ilə təchiz edilmiş yeni məhsuldar "Mi Notebook Pro 15" noutbukunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, cihaz əvvəlki nəsil noutbuklar kimi 1920 x 1080 piksel təsvir ölçülü 15.6 düym diaqonallı ekranla təchiz edilib. Ekran "Corning Gorilla Glass 3" şüşəsi ilə qorunur.

 

Noutbuk 1.8-dən 4,9 QHs-dək takt tezlikli "Intel Core i7-10510U" prosessoru ilə işləyir. 2 QB yaddaşa malik "NVIDIA GeForce MX350" videokartı quraşdırılıb. Qurğu 16 QB əməli yaddaşa, 1 TB SSD yaddaşa malikdir.

 

Çində "Core i7" ilə təchiz edilmiş versiyanın qiyməti 989 dollar təşkil edir.

 

Emil Hüseynov




Etiketlər:  Xiaomi son nəsil Intel Core i7 prosessoru ilə təchiz edilmiş yeni Mi Notebook Pro 15 noutbukunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ