Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Şuranın strategiyası ölkədə böhran, xaos yaratmaq üzərində qurulub

Milli Şuranın strategiyası ölkədə böhran, xaos yaratmaq üzərində qurulub

Tarix: 16 Iyun 2020 11:18

Ötən iki ay ərzində sosial şəbəkələr üzərindən yayılan və Milli Şuranın Koordinasiya Mərkəzinin toplantılarını əks etdirən videogörüntülər bu qurumun bütün mahiyyətini ortaya qoyur.

KM-də toplaşan şəxslərin hansı mədəniyyətə, "mənəviyyata" sahib olduqlarını, rəqiblərinə, "dostlarına", "müttəfiqlərinə" qarşı necə davrandıqlarını, ölkənin və xalqın taleyüklü məsələlərinə necə laqeyd olduqlarını göstərir. 

Ölkə mediası, siyasi ekspertlər Milli Şura adlanan qurumun perespektivsizliyi, ictimaiyyət arasında dayaqlarının olmaması, fəaliyyətinin ölkə və xalqa fayda gətirmədiyini uzun illərdir ki, yazırlar. Bənzər fikirlər MŞ təsis edilən andan, 2012-13-cü illərdən başlayaraq gündəmdə dolaşır. Amma onlar inkar edir, deyirdilər ki, guya bu fikirlər subyektivdir, rəqabətdən irəli gəlir. İndi durum fərqlidir, ənənəvi arqumentləri işə yaramır. Çünki bu dəfə danışan özləridirlər. Barələrində ən neqativ rəyi özləri yaradırlar. Dünən ortaya çıxan görüntülər bu baxımdan daha dəhşətlidir, üzücüdür (https://www.facebook.com/watch/?v=286777675799104).  "A millət, a millət, xəbəriniz var?!... Hamınızı təbrik edirəm!"... cümləsi ilə nitqinə başlayan Milli Şura üzvü normalda bu sual və nidadan  sonra  müjdələyici xəbər verməlidir. Xitabın önündə "millət" sözü dayanırsa, deməli, müjdənin tutumu daha qlobal, əhatəli olmalıdır. Amma MŞ Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli əksinə davranır: müjdə deyil, ölkəmiz, xalqımız üçün xoş olmayan bir xəbərdən bəhs edir. Bəlli olur ki, xalqımız üçün milli gəlir, dolanışıq mənbələrindən biri sayılan neft sənayesi qlobal böhran keçirir. Beynəlxalq birjalarda neftin bir barrelinin qiyməti 14 dollar həcminə qədər enir, yəni istehsal xərcindən də aşağı düşür. Burada sevinc doğuracaq, müjdə istəniləcək nə var ki?!

Yaranmış durum neft istehsalçısı olan bütün ölkələr kimi, Azərbaycan üçün də xoş olmayan mənzərə yaradır. Ən azı 200 il müddətində milli gəlir və dolanışıq mənbələrindən biri olan sahənin süni səbəblərlə, qlobal təzyiqlərlə böhrana salınması problemlərə yol açır, dünyanın ənənəvi düzənini dəyişir. Dünya düzəni pisə doğru dəyişir, daha doğrusu, dəyişdirilir, zəncirvari böhranlarla müşayiət edilir. Açıq -aydın görünür ki, bəlli mərkəzlər çeşidli planlar qurur, dünya iqtisadiyyatını, sənayesini çökdürür, bir gün maliyyə, bir gün səhiyyə, başqa bir gün fərqli sahəni böhrana salır, suyu bulandırırlar. Bu yeni düzəndə sağ qalmaq, milli resursları qorumaq güc istəyir, milli vəhdət tələb edir. Bir olmaq, birlik olmaq, töhvə vermək lazımdır. Qlobal böhranın milli vahidləri təhdid etdiyi vaxtda  "Milli Şuranı" sevindirən, ruhlandıran nədir? Milləti qlobal böhran, xaos dönəmindən sağ çıxarmaq üçün strategiyaları varmı? Yoxdur.

Koordinasiya Mərkəzinin toplatısını əks etdirən videogörüntüdən aydın olur ki, onlar xalqı, dövləti qlobal böhranlardan xilas edəcək heç bir strategiyaya malik deyillər. Bu barədə heç düşünmürlər də. Əksinə, xaos və böhran onların işinə yarayır. KM üzvünün şifrəli danışığının açması budur ki, böhran dərinləşdikcə, əhalinin incikliyi artacaq, bu da danışmaq, gündəmdə olmaq üçün Milli Şuraya mövzu verəcək. Sevinirlər ona görə ki, böhran olduqca, gündəmdə qalacaq, danışmağa söz tapacaqlar. Strategiyaları böhrana xidmət, niyyətləri xaos olan bir qüvvədirlər. Xalq onları nə üçün arzulasın ki? Hətta bu, yeganə qüsurları deyil. Milli Şura MK-nın toplantılarından yayılan silsilə videogörüntülər deməyə əsas verir ki, onlar xalqın taleyinə biganə olduqları kimi, milli əxlaq və davranış qaydalarına da laqeyddirlər. Toplantılarının birində müttəfiq saydıqları şəxslərin qeybətini edirlər, dost saydıqlarını xərcləyirlər. Digər bir toplantıda başqa dəyəri ayaqlayırlar. Bu yolla xalqın gözündən düşür,  marginallaşırlar. 

Müşfiq Ələsgərli


Etiketlər:  Milli Şuranın strategiyası ölkədə böhran xaos yaratmaq üzərində qurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ