Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərt karantin günlərində icaze.e-gov.az portalında 242 000-ə yaxın icazə qüvvədə olub

Sərt karantin günlərində icaze.e-gov.az portalında 242 000-ə yaxın icazə qüvvədə olub

Tarix: 16 Iyun 2020 15:24

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib.

Sonxeber.net xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumatda bildirilir ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilib.

Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 15 200 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 241 689 icazə qüvvədə olub.


Etiketlər:  Sərt karantin günlərində icazee govaz portalında yaxın icazə qüvvədə olub


RƏYLƏR