Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 15:36
"Yuventus"un futbolçusu Kriştianu Ronaldu haqda yeni iddia yayılıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,"Don Balon" nəşri "Çelsi"nin portuqaliyalı hücumçu ilə maraqlandığını yazıb. Bildirilib ki, London təmsilçisi 35 yaşlı oyunçu üçün 120 milyon avro ödəməyə hazırdır.
Xəbərdə "Çelsi"nin sahibi Roman Abramoviçin Ronaldunun agenti Jorje Mendeşlə arasındakı münasibətlərin yaxşı olduğu və bunun transferi asanlaşdıra biləcəyi vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Ronaldunun baş məşqçisi Maurisio Sarri ilə yola getmədiyi və Turin təmsilçisini tərk edə xəbərləri yayılıb. Onun "Mançester Yunayted"ə qayıda biləcəyi iddia olunmuşdu.