Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 22:12
Koronavirus pandemiyasına görə, bir çox şirkət ciddi problemlərlə üzləşib.
Siyahıda Oppo, Realme, OnePlus və Vivo smartfon istehsalçıları da yer alıb. Bu şirkətlər Çindən sonra ikinci yeri tutan Hindistan bazarındakı tələbatı ödəyə bilmirlər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Oppo şirkəti Hindistanda OnePlus və Realme smartfonlarının müqavilə istehsalçısıdır.
Ölkədə bu iki markanın satdığı bütün qurğular hazırda bağlanmış Oppo şirkəti tərəfindən istehsal olunur. Oppo istehsal xətləri onsuz da açılmalı idi, amma bu yaxınlarda daha bir neçə işçiyə koronavirus diaqnozu qoyulduğuna görə, hökumət zavodu bağlamaq qərarına gəlib.
Buna görə OnePlus 8 smartfonu son dərəcə məhdud sayda satışa çıxarılıb. OnePlus 8 Pro versiya isə hələ də ölkədə rəsmi olaraq satışa verilməyib. Ümumdünya Mobil Satıcılar Assosiasiyasının prezidentinin sözlərinə görə, digər istehsalçılar da oxşar vəziyyətlə qarşılaşıblar, yəni koronavirus pandemiyası sənayeyə çox mənfi göstərib. Qeyd olunan qurum rəsmisi vurğulayıb ki, smartfon istehsalçılarının təxminən 20%-i dövlət dəstəyi olmadan işə davam edə bilməyəcək.