Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 02:00
Koronavirusa görə mart ayından dayandırılan İngiltərə Premyer Liqasında mövsüm bərpa edilib.
Qol.az xəbər verir ki, 28-ci turdan təxirə salınmış iki oyun keçirilib.
Günün ilk matçında “Aston Villa” “Şeffild Yunayted”i qəbul edib. Oyunda qapılara qol vurulmayıb.
Daha maraqla gözlənilən matç isə Mançesterdə olub. Burada “Mançester Siti” “Arsenal”ı qəbul edib. Qarşılaşma "Siti"nin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. "Şəhərlilər"in heyətində Rahim Sterlinq (45+1), Kevin de Brüyne, (51) və Fil Foden (90+1) fərqlənib.
Qeyd edək ki, Premyer Liqanın oyunları iyunun 19-dan 30-cu turun görüşləri ilə davam etdiriləcək. Turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti” 60 xalla 2-ci, “Lester” 53 xalla 3-cüdür.