Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 19:45
Bakı. Trend:
17 iyun Tibb İşçilərinin Peşə Bayramı münasibəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Rayonun Mərkəzi Xəstəxanasının, kənd və qəsəbələr üzrə tibb məntəqələrinin baş həkimlərinin, Təhsil Şöbəsinin müdirinin və rayon mədəniyyət idarəsinin rəhbərliyinin iştirakı ilə vidoekonfrans keçirilib.
İcra hakimiyyətindən Trend-ə bildirilib ki, konfransda İ.Gülməmmdədova tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Onun sözlərinə görə, Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Həyata keçirilən bütün tədbirlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır:
“Abşeron rayonunda da səhiyyə sahəsində böyük işlər görülüb. Hazırda Xırdalan şəhərində bütün rayon sakinlərinin istifadəsi üçün nəzərdə tutulmuş müasir standartlara cavab verən yeni mərkəzi xəstəxana binası inşa olunur. Bundan əlavə Saray qəsəbəsində modul tipli xəstəxana tikilərək istifadəyə verilib. Bir neçə gün bundan öncə Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev bir daha pandemiya ilə mübarizədə həkimlərin rolundan danışıb və onların fəaliyyətini, fədakarlığını yüksək qiymətləndirib. Göründüyü kimi, bu, həkimlərin fəaliyyətinə verilən ən böyük dəyər, ən böyük diqqətdir”.
Başçı bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər cəmiyyətimiz tərəfindən çox böyük razılıq və rəğbət doğurur.
Sonra Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov çıxıçş edərək tibb işçilərini təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Daha sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova göstərilən diqqətə görə təşəkkürünü bildirərək tibb işçilərinin fəaliyyətindən söz açıb.