Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 22:22
Çempionlar Liqası və Avropa Liqasında mübarizəni davam etdirən klublar fevral ayından heyətlərində olan, ancaq sifariş vermədiyi 3 oyunçunu iştirak ərizəsinə daxil edə biləcək.
Qol.az xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar verilib. Bildirilib ki, yeni transfer edilən futbolçular heyətdə yer ala bilməyəcək. Siyahıda ən çox 25 oyunçu ola biləcək.
Komandalara eyni zamanda matçlarda 5 oyunçu dəyişikliyi etmək hüququ verilməsinə qərar verilib.