Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni Zelandiyada son 24 sutkada bir koronavirusa yoluxma halı aşkarlanıb

Yeni Zelandiyada son 24 sutkada bir koronavirusa yoluxma halı aşkarlanıb

Tarix: 18 Iyun 2020 09:04

Bakı. Trend:

Yeni Zelandiyada ötən sutkada bir yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Trend-in Tass-a istinadən verdiyi məlumata görə, bu barədə yerli səhiyyə nazirliyi xəbər verib.

Qurumnan bildirilir ki, yoluxan 60 yaşlı şəxs iyunun 13-də Pakistandan gəlib. Qaydalara uyğun olaraq onu təcrid ediblər və qohumları ilə əlaqəsi olmayıb, infeksiya təsdiqlənəndən sonra isə xüsusi karantin mərkəzinə yerləşdirilib.

Ölkənin baş sanitar həkimi Eşli Blumfild bildirib: "Dünyada hələ də yoluxmuş insanların sayı və ölkəyə gələn insanlarda koronavirusa yoluxma hallarının aşkar edilməsi artmaqdadır, lakin ölkənin ictimai səhiyyə sistemi buna hazırdır və Yeni Zelandiya sakinlərinin sağlamlığı təhlükə altında deyil".

Nazirlikdə qeyd ediblər ki, may ayının 25-dən ölkədə koronavirusdan ölüm halı qeyd olunmayıb.

Hazırda ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 1 507, sağalananların sayı 1 482, ölənlərin sayı isə 22 nəfər təşkil edir.


Etiketlər:  Yeni Zelandiyada son 24 sutkada bir koronavirusa yoluxma halı aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ