Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən populyar premium smartfonlar açıqlandı

Ən populyar premium smartfonlar açıqlandı

Tarix: 18 Iyun 2020 10:28

Bakı. Trend:

2020-ci ilin birinci rübündə dünyada ən çox satılan premium tipli smartfonlar arasında “Apple” telefonları liderlik edib.

Trend-in məlumatına görə, bu ilin ilk üç ayı premium smartfon bazarının 30 faizini “iPhone 11” smartfonları təşkil edib.

Növbəti sıralarda da “Apple” smartfonları qərarlaşıb. Belə ki, “iPhone 11 Pro Max” bazarın 9 faizini, “iPhone 11 Pro” 7 faizini, “iPhone XR” 6 faizini təşkil edib.

İlk beşliyi 3 faiz göstərici ilə “Huawei Mate 30 Pro 5G” tamamlayıb.

Premium seqmentdə “Apple” markalı telefonların satışı ümumilikdə bazarın 57 faizini təşkil edib. İlk üçlükdə 19 faiz göstərici ilə “Samsung”, 12 faiz göstərici ilə “Huawei” yer alıb.

Qeyd olunur ki, “Apple” və “Samsung” smartfonları Çindən başqa bütün regionlarda liderlik edib. Bu ölkədə ən çox satılan telefon markası “Huawei” olub.


Etiketlər:  populyar premium smartfonlar açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ