Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 10:58
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo karyerası ərzində ilk dəfə iki finalda ardıcıl uduzub.
Qol.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. Portuqaliyalı hücumçu son olaraq İtaliya kubokunun finalında dünən keçirilən "Napoli" ilə matçda (əsas vaxt - 0:0, penaltilər seriyası - 2:4) iştirak edib və meydanı məğlub tərk edib.
Xatırladaq ki, Ronaldo Turin təmsilçisinin tərkibində ötən ilin dekabrnda İtaliya superkuboku uğrunda oyunda "Latsio"ua uduzmuşdu (1:3).