Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda daha 2 596 nəfər koronavirusa yoluxdu, 87 nəfər öldü

İranda daha 2 596 nəfər koronavirusa yoluxdu, 87 nəfər öldü

Tarix: 18 Iyun 2020 15:12

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 2 596 nəfər koronavirusa (COVID19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 197 647 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 795 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 87 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 9 272 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda indiyədək 156 991 nəfərin koronavirusdan sağaldığını deyib.

Lari bildirib ki, İranın Buşehr, Xuzistan, Şərqi Azərbaycan, Kirmanşah və Hörmüzqan vilayətlərində vəziyyət daha təhlükəlidir.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,34 milyondan çox test həyata keçirilib.


Etiketlər:  İranda daha nəfər koronavirusa yoluxdu nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ