Tarix: 13 Iyun 2019 16:24
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Amil Yunanov və Vüqar Mustafayevdən sonra heyətini daha bir futbolçu ilə gücləndirib.Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Keşlə”də keçirmiş Sertan Taşqınla anlaşıb. 2 illik müqavilə imzalayan 21 yaşlı futbolçu “Sumqayıt”da 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Sertan peşəkar futbolçu karyerası ərzində yalnız “Keşlə”nin heyətində çıxış edib (55 oyun, 4 qol). O, həmçinin U-19 (3 oyun) və U-21 millilərimizin (11 oyun) şərəfini qoruyub.