Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 18:00
Bakı. Trend:
Ermənistanın sabiq prezidenti Robert Koçaryan apellyasiya məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, R.Koçaryanın vəkilləri onu azad etməkdən imtina etmiş birinci instansiya məhkəməsinin qərarından şikayət bildirmişdi.
Sabiq prezident 4,1 milyon dollar girov məbləğində azad edilib.
Xatırladaq ki, R.Koçaryan 2018-ci ildə 2008-ci il mart ayında baş verən etiraz aksiyalarının dağıdılmasına görə konstitusion quruluşu devirmək ittihamı ilə həbs edilmişdi. R.Koçaryan iki dəfə həbsdən azad edilsə də, ötən il yenidən həbs olunmuşdu.