Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bezirəm, hər dəfə yazırlar ki, öz dilimiz yoxdur?” - Nigar Camal

“Bezirəm, hər dəfə yazırlar ki, öz dilimiz yoxdur?” - Nigar Camal

Tarix: 19 Iyun 2020 13:05

"Bütün dünya şou-biznesində qeyri-səmimilik var. Həmişə demişəm ki, şou-biznesdə saf, axmaq adam yoxdur. Bəziləri çalışırlar ki, özlərini sakit göstərsinlər, amma bizdə beləsi yoxdur. Bizim şou-biznes canavarxanadır. Kimsə səhnədə oxuyub rəqs edir, sonra deyirsə utanıram, buna inanmıram".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nigar Camal "Üçümüz" proqramında qonaq olarkən deyib.

Bundan əlavə, Nigar rus və ingilis dillərində status yazdığı üçün tənqidlərə məruz qaldığını qeyd edib: "Çalışıram ki, sosial şəbəkədə status yazarkən Azərbaycan dilindən istifadə edim. Amma rus və ingilis dillərində postlarım da olur. Bezirəm, insanlar hər dəfə yazır ki, öz dilimiz yoxdur? Öz dilimiz var, başqa dil bilmək də pis deyil".


Etiketlər:  Bezirəm hər dəfə yazırlar dilimiz yoxdur Nigar Camal


RƏYLƏR