Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 11:32
"Ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə insanları xəbərdar edəcək "E-Təbib" mobil tətbiqindən istifadə bütün mobil operator istifadəçiləri üçün pulsuz olacaq".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Qulu İsmayılova Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, "E-Təbib" mobil tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcək:
"İnsanlar ictimai yerlərdə olarkən bu barədə məlumatlar iki metr məsafədən müəyyən ediləcək. Amma bu məsafə iki metrdən çox olmamalıdır. Məlumatlar bluetooth texnologiyası əsasında təyin edəcək. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.) bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcək. "E-təbib" mobil tətbiq əlavəsindən istifadə zamanı internet trafiki pulsuz olacaq".