Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sağalan şəxslərə 21 gün işə çıxmamamağı tövsiyə edirik - TƏBİB

Koronavirusdan sağalan şəxslərə 21 gün işə çıxmamamağı tövsiyə edirik - TƏBİB

Tarix: 20 Iyun 2020 12:26

"Bu gün 39-40 temperaturu olan şəxslər bu virusa yoluxmasını ayıb hesab edərək onu qohum-qonşudan gizlətməyə çalışırlar".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bunu hətta həkimlərdən də eşidib: "COVİD-19 yeni və çox ağır gedişatlı xəstəlikdir. Burada utanmalı heç nə yoxdur. Bu virusa hər kəs yoluxa bilər. Biz xəstəxanadan evə yol saldığımız şəxsə 21 gün işə çıxmamamağı tövsiyə edirik. Xalqımızın xəstə ziyarətinə getmək kimi adəti var. Bir müddət bu adətimizi yığışdırmalıyıq. Hətta rayonlardan da COVİD-19-a yoluxduğunu bilib xəstə yanına gələn insanlar olub".


Etiketlər:  Koronavirusdan sağalan şəxslərə gün işə çıxmamamağı tövsiyə edirik TƏBİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ