Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?

“Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?

Tarix: 23 Aprel 2019 12:03

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar Məşğulluq mərkəzlərinə gəlmədən, altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.

“Məşğulluq” altsistemində qeydiyyatdan keçmək üçün isə “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə sistemə daxil olmaq, “İşaxtaranlar” pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra “Fərdi məşğulluq” bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkündür.

Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Özünüməşğulluq proqramı iştirakçılarının burada hər birinin şəxsi kabineti də olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məşğulluq altsistemində necə qeydiyyatdan keçmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ