Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 13:32
"Eyni gündə onlayn imtahanın yüz min insan üçün təşkili mümkünsüzdür".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə karantin rejimi uzadılarsa, qəbul imtahanlarının onlayn qaydada keçirilməsi mümkünlüyünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, belə proqram təminatını müəyyən imtahanlar üçün hazırlamışıq:
"Hər bir kəsin bu imtahanlarda iştirakı üçün vərdişi də olmalıdır və bu, onun imtahan nəticəsinə mənfi təsir göstərməməlidir. Fasiləsiz imtahanlar keçirmək üçün internet də fasiləsiz olmalıdır".