Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şagirdlərin monitorinqi “Virtual məktəb” portalı vasitəsilə aparılacaq

Şagirdlərin monitorinqi “Virtual məktəb” portalı vasitəsilə aparılacaq

Tarix: 20 Iyun 2020 14:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Şagirdlərin biliklərinin monitorinqi "Virtual məktəb"də aparılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq məqsədi ilə “Virtual məktəb” portalına Azərbaycan və rus bölmələri olmaqla II-VIII və X siniflər üzrə yeni test tapşırıqları hazırlanaraq əlavə olunub.

Məqsəd şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının monitorinqinin aparılmasıdır.

Test tapşırıqları 20 iyun tarixindən etibarən 14 gün müddətində aktiv olacaq. Test tapşırıqlarını yerinə yetirmək üçün portalda “Teams > General” bölməsində müvafiq olaraq “Testlər” altbölməsinə daxil olmaq lazımdır.

Monitorinqdə iştirak şagirdlərə tədris ili ərzində öyrəndiklərini yoxlamaq, müəllimlərə isə növbəti il üçün zəruri tədbirlər hazırlamaq imkanı verəcək:

"Monitorinqdə daha çox şagirdin iştirakı daha aydın mənzərənin alınması deməkdir. Bu səbəbdən bütün maraqlı tərəflərin (şagirdlər, müəllimlər, valideynlər, məktəb rəhbərləri) prosesə ciddi yanaşacağına ümid edirik".


Etiketlər:  Şagirdlərin monitorinqi Virtual məktəb portalı vasitəsilə aparılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ