Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda koronavirusun əsas simptomları açıqlandı

Uşaqlarda koronavirusun əsas simptomları açıqlandı

Tarix: 20 Iyun 2020 15:15

Uşaqlarda koronavirusun əsas əlamətləri hərarət, ishal və qusmadır. Alimlər Qərbi Çində dörd xəstəxanada araşdırma apardıqdan sonra bu nəticəyə gəliblər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, onların tədqiqatları "PLoS Medicine" nəşrində dərc olunub.

COVID-19-a yoluxan uşaqların 76 faizi qızdırmadan əziyyət çəkir (yoluxan böyüklərdə bu əlamətə xəstələrin 50 faizdən az hissəsində rast gəlinir). Bundan əlavə, yoluxmuş uşaqların 62 faizində güclü öskürək aşkarlanıb, digər 12 faizində isə ishal və qusma müşahidə edilib.

Alimlər onu da qeyd edirlər ki, yetkinlik yaşına çatmayanlarda ağciyər problemi daha sonralar özünü göstərir.

Əvvəllər koronavirusa yoluxan bir çox uşaqda iltihab halları müşahidə edilirdi. Həkimlərin dediklərinə görə, bu simptom "Kavasaki" xəstəliyinə bənzəyir.

Sonradan sübut edildi ki, COVID-19 fonunda uşaqlarda ölümcül "sitokin fırtınası" (bədənin toxumalarına ziyan verən iltihab) inkişaf edə bilər.


Etiketlər:  Uşaqlarda koronavirusun əsas simptomları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ