Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 21:30
Millimizin sabiq müdafiəçisi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurub.
Qol.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib: "Əvvəl də fikirlərimizdə bildirmişdik ki, onun son mövsümüdür. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindir. Əvvəlcədən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını bitirmək istəyirdi, mən qoymamışdım".
O, R.Sadıqovun məşqçi kimi klubda qalıb-qalmayacağı ilə bağlı sualı isə belə cavablandırıb:"Konkret cavab verə bilməyəcəyəm. Bir qədər vaxt lazımdır ki, hər şeyi götür-qoy edək. Çox istəyərəm ki, bir yerdə olaq. Qoy, bir az istirahət etsin, özümüz də futboldan uzaq olaq. Ondan sonra qərar verəcəyik".
Qeyd edək ki, R.Sadıqov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Turan"da başlayıb. Sadıqov “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da (hamısı Türkiyə) da oynayıb. 38 yaşlı müdafiəçi 2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi "Qarabağ"da çıxış edirdi.